Bank Of Baku

Rusiya-NATO münasibətləri gərginləşib

Rusiya-NATO münasibətləri gərginləşib
# 30 aprel 2009 15:12 (UTC +04:00)
Moskva – APA. Rusiya Xarici İşlər Nazirliyi ölkənin NATO-dakı daimi nümayəndəliyindən iki diplomatın qovulmasını kobud provokasiya adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, XİN-dən NATO-nun bu qərarla bağlı gətirdiyi əsasın tamamilə uydurma olduğunu və bundan lazımi nəticənin çıxarılacağını deyiblər: “Hiddət doğuran bu aksiya NATO rəhbərliyinin Rusiya ilə münasibətləri normallaşdırmaq haqda bəyanatlarına kökündən ziddir”.
Xatırladaq ki, NATO 2 Rusiya diplomatını “persona non qrata” (arzuolunmaz şəxs) elan edib. Səbəb həmin diplomatların Rusiya kəşfiyyatına işləməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR