Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan Türkiyə Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb-YENİLƏNİB

Rəcəb Tayyip Ərdoğan Türkiyə Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb-<font color=red>YENİLƏNİB</font>
# 01 may 2009 19:00 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin Nazirlər Kabinetində dəyişikliklər olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə baş nazir Rəcəb Tayyip Ərdoğan mətbuat konfransında bildirib.

Açıqlamaya görə, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Bülənt Arınc baş nazirin müavini, dövlət naziri təyin olunub.

Türkiyənin xarici işlər naziri Əli Babacanı isə Əhməd Davudoğlu əvəz edib.
Türkiyənin sosial təhlükəsizlik naziri vəzifəsini bundan sonra Ömər Dinçər daşıyacaq.

Yeni sənaye və ticarət naziri isə Nihat Ergündür.

Ədliyyə naziri Sadullah Ergin, təhsil naziri isə Nimət Çubukçudur.
Hilmi Güləri isə enerji və təbii ehtiyatlar naziri vəzifəsində Taner Yıldız əvəzləyəcək.

Faruq Nafiz Özak, Hayati Yazıcı isə dövlət nazirləri olublar.


Qeyd edək ki, yeni Kabinetdə hazırda vəzifə daşıyan nazirlərin bir qismi də təmsil olunub.

Dövlət nazirləri Cəmil Çiçək, Mehmet Aydın, Egemen Bağış, müdafiə naziri Vəcdi Gönül, daxili işlər naziri Bəşir Atalay, səhiyyə naziri Rəcəb Akdağ, rabitə naziri Binali Yıldırım, kənd təsərrüfatı naziri Mehdi Eker, mədəniyyət və turizm naziri Ərtuğrul Günay, ekologiya naziri Veysel Eroğlu vəzifələrində qalıblar.

***
Türkiyə Nairlər Kabinetinin yeni tərkibi belədir:

Dövlət nazirləri və baş nazirin müavinləri: Cemil Çiçek, Bülent Arınç, Əli Babacan

Dövlət nazirləri: Egemen Bağış, Hayati Yazıcı, Mehmet Aydın, Faruk Nafiz Özak, Mehmet Zafer Çağlayan, Faruk Çelik, Cevdet Yılmaz, Selma Aliye Kavaf

Ədliyyə naziri: Sadullah Ergin

Müdafiə naziri Vecdi Gönül

Daxili işlər naziri: Bəşir Atalay

Xarici işlər naziri: Əhməd Davutoğlu

Maliyyə naziri: Mehmet Şimşek

Təhsil naziri: Nimet Çubukçu

Tikinti və infrastruktur naziri: Mustafa Demir

Səhiyyə naziri: Recep Akdağ

Rabitə naziri: Binali Yıldırım

Kənd təsərrüfatı naziri: Mehmet Mehdi Eker

Əmək və sosial müdafiə naziri Ömer Dinçer,

Sənaye və ticarət naziri: Nihat Ergün

Enerji və təbii ehtiyatlar naziri: Taner Yıldız

Mədəniyyət və turizm naziri: Ertuğrul Günay

Ətraf mühit və ekologiya naziri: Veysel Eroğlu

Yeni Kabinetdən kənarda qalan nazirlər isə bunlardır: dövlət naziri və baş nazirin müavini Nazım Ekren, dövlət nazirləri Murat Başesgioğlu, Kürşad Tüzmen ve Said Yazıcıoğlu, maliyyə naziri Kamal Unakıtan, təhsil naziri Hüseyn Çelik, ədliyyə naziri Mehmet Ali Şahin, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR