Bank Of Baku

Türkiyədə bir nəfər “donuz qripi” simptomları ilə dünyasını dəyişib

Türkiyədə bir nəfər “donuz qripi” simptomları ilə dünyasını dəyişib
# 04 may 2009 07:55 (UTC +04:00)
Antalya – APA. Türkiyənin Antalya şəhərində bir nəfər “donuz qripi” simptomları ilə dünyasını dəyişib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Müjdat Altınbıçak adlı Türkiyə vətəndaşı mayın 3-də “donuz qripi” şübhəsi ilə Antalyadakı Akdəniz Universitetinin klinikasına aparılıb. 34 yaşlı M. Altınbıçak bu gün səhərə yaxın vəfat edib. Xəstəxananın təcili yardım bölməsi karantin elan olunub. Xəstənin “donuz qripi”ndən ölüb-ölmədiyini dəqiqləşdirmək üçün araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR