Bank Of Baku

Türkiyədə bir nəfərin “donuz qripi”ndən öldüyü barədə xəbər təkzib edilib

Türkiyədə bir nəfərin “donuz qripi”ndən öldüyü barədə xəbər təkzib edilib
# 04 may 2009 15:13 (UTC +04:00)
Antalya – APA. Türkiyənin Antalya şəhərindəki Akdəniz Universiteti xəstəxanasının baş həkimi İbrahim Dəmir bu klinikada Müjdat Altınbıçak adlı şəxsin “donuz qripi” simptomları ilə dünyasını dəyişməsi barədə xəbərləri təkzib edib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, İ. Dəmir vəfat edən M. Altınbıçakın 37 yaşında olduğunu və böyük ehtimalla onun ürək tutmasından dünyasını dəyişdiyini deyib: “O, evində təcili yardım maşını gələnə qədər keçinib. Təcili yardım maşını da onu bizim xəstəxanaya gətirib. “Donuz qripi” şübhəsindən söhbət gedə bilməz”. Həkim indiyə qədər Antalyada heç kimin “donuz qripi”nə yoluxmadığını, adı çəkilən şəxsin isə şəhərdən kənara çıxmadığını və bu virusa yoluxmasının qeyri-mümkün olduğunu vurğulayıb. İ. Dəmir aparılacaq analizlərdən sonra ölümün dəqiq səbəbinin açıqlanacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR