Bank Of Baku

Rusiya 2 NATO diplomatını ölkədən qovub

Rusiya 2 NATO diplomatını ölkədən qovub
# 06 may 2009 11:59 (UTC +04:00)
Moskva – APA. Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Moskvadakı İnformasiya Mərkəzinin Kanada səfirliyini təmsil edən iki əməkdaşının akkreditəsini ləğv edib. APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, NATO-nin Moskvadakı İnformasiya Bürosunun direktoru, Kanadanın Rusiyadakı səfirliyinin attaşesi İzabel Fransua və büronun ikinci əməkdaşı, Kanada səfirliyinin attaşesi Mark Opgenport Rusiyadan qovulub. Bununla da rəsmi Moskva Rusiyanın NATO-dakı daimi nümayəndəliyinin 2 əməkdaşının “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilməsinə cavab vermiş olub.
Xatırladaq ki, NATO rəhbərliyi Rusiya nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Viktor Koçukov və missiyanın məsul katibi, attaşe Vasili Çijovu diplomatik statusla bir araya sığmayan fəaliyyətə görə arzuolunmaz şəxs elan edib. Qeyri-rəsmi versiyaya əsasən bu qərar NATO-nun Estoniyada yaranan casus qalmaqalı ilə bağlı cavab addımıdır. Belə ki, Estoniya hakimiyyəti Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı Herman Simmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıq etdiyini üzə çıxarıb. H. Simm Estoniya Müdafiə Nazirliyində çalışarkən NATO-nun gizli sənədlərini Rusiyaya ötürüb. Məhkəmənin qərarı ilə H. Simm 12,5 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR