Bank Of Baku

Şırnakda PKK terroru nəticəsində 5 nəfər ölüb, iki nəfər yaralanıb

Şırnakda PKK terroru nəticəsində 5 nəfər ölüb, iki nəfər yaralanıb
# 10 may 2009 07:55 (UTC +04:00)
Şırnak-APA. Şırnakın Cudi dağının yamacında yerləşən Mədən bölgəsində PKK terrorçularının basdırdığı minanın partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. APA-nın məlumatına görə, həlak olanların ikisi kəndi mühafizə edən yerli silahlılardır. Partlayış kənd sakinləri əkin yerlərinə baxış keçirdikdən sonra geri qayıdan zaman baş verib. Terror aktı zamanı yaralanan iki nəfər xəstəxanaya çatdırılıb. Hazırda jandarma qüvvələri bölgədə PKK terrorçularına qarşı əməliyyat keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR