Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik bu gün İspaniyadan Sloveniyaya keçir

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik bu gün İspaniyadan Sloveniyaya keçir
# 12 may 2009 09:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Madriddə Avropa Şurası Nazirlər Komitəsinin növbəti 119-cu sessiyası işə başlayacaq. APA-nın Avropa Şurasının rəsmi saytına istinadən yaydığı məlumata görə, sessiyaya Avropa Şurasına üzv 47 ölkənin xarici işlər nazirləri qatılacaq. Sessiyanın açılış mərasimində Avropa Şurası Nazirlər Komitəsinin Miqel Anhel Moratinos, Avropa Şurasının baş katibi Terri Devis və Asturiya şahzadəsi çıxış edəcəklər. Sessiyanın gündəmində olan əsas məsələlərdən biri Avropa İnsan Hüquqları Konvensiyasına uzunmüddətli effektli nəzarət sisteminin yaradılmasıdır. Nazirlər həmçinin Avropada, xüsusilə Belarusda insan haqlarının vəziyyətini müzakirə edəcək, Gürcüstandakı münaqişələr mövzusuna diqqət yetirəcəklər. Sessiyada həmçinin Avropa Şurası baş katibi postuna namizədlərin siyahısı təsdiqlənərək AŞ PA-ya göndəriləcək. Qeyd edək ki, Avropa Şurası baş. katibi postuna namizədlər Norveçin sabiq baş naziri Torboyn Yaqland, Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Lyuk van den Brand və macar millət vəkili Matias Yorşundur. Sessiyanın sonunda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik altı ay müddətinə İspaniyadan Sloveniyaya keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR