Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi İspaniyadan təhvil alan Sloveniya əsas prioritetlərini açıqlayıb

Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi İspaniyadan təhvil alan Sloveniya əsas prioritetlərini açıqlayıb
# 12 may 2009 14:44 (UTC +04:00)
Madrid-APA. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik İspaniyadan Sloveniyaya keçib. APA-nın Avropa bürosunun məlumatına görə, Sloveniyanın xarici işlər naziri Samuel Zboqar ölkəsinin 6 aylıq sədrlik dövründə fəaliyyətində əsas istiqamətləri açıqlayıb. O, əsas prioritetlərin Avropa Şurasının Vaşraşa sammitində qəbul edilmiş öhdəliklərə uyğun olacağını deyib. Sloveniya AŞ Nazirlər Komitəsinə sədrlik edcəyə idövrdə Avropa Şurasının ümumi dəyərlərinin təşviq edilməsi, Avropa vətəndaşlarının təhlükəsizliyini gücləndirmək, daha açıq və humanist Avropa quruculuğu və digər institutlarla əməkdaşlığın davam etdirilməsini diqqət mərkəzində saxlayacaq. Bundan başqa Sloveniya Avropa İnsan Haqları Məhkəməsində islahatlar prosesinə diqqət yetirməyi, milli və beynəlxalq səviyyədə qanunun aliliyini əsas götürmək niyyətindədir. Rəsmi Lyublyana həmçinin Avropa Şurasının 60 illiyi ilə bağlı keçiriləcək mərasimlərdə və təşkilatın digər tədbirlərində fəal iştiraka diqqət yetirəcək. Qeyd edək ki, Sloveniya mayın 12-dən noyabrın 18-dək Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Daha sonra sədrlik Sloveniyadan İsveçrəyə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR