Bank Of Baku

Türkiyənin Quşadası qəsəbəsində 15 nəfəri girov götürən şəxs zərərsizləşdirilib

Türkiyənin Quşadası qəsəbəsində 15 nəfəri girov götürən şəxs zərərsizləşdirilib
# 13 may 2009 17:01 (UTC +04:00)
Ankara – APA. Türkiyənin turizm mərkəzlərindən biri olan Quşadası qəsəbəsində tüfənglə bank filialına daxil olaraq 15 nəfəri girov götürən şəxs zərərsizləşdirilib. APA-nın Türtkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, polis yerli vaxtla saat 17.10-da silahlı şəxsi zərərsizləşdirərək həbs edib.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 10.30-da Quşadasındakı bank şöbələrindən birinə yaxınlaşan şəxs tüfənglə havaya atış açaraq “bu bir soyğundur” deyərək içəri daxil olub. O, tüfəngi binadakı mühafizəyə tuşlayaraq onun silahını əlindən alıb. Özünü “Əzabkeş” kimi təqdim edən şəxs bankın 12 işçisini və içəridəki 3 müştərini girov götürüb. Hadisə zamanı yaralanan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR