Bank Of Baku

İğdırın DTP-dən olan bələdiyyə başqanı: “Ermənistanla sərhədlər açılmalıdır”

İğdırın DTP-dən olan bələdiyyə başqanı: “Ermənistanla sərhədlər açılmalıdır”
# 14 may 2009 09:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İğdırın seçilmiş yeni bələdiyyə başqanı Mehmet Nuri Günəş yerli qəzetlərdən birinə müsahibəsində deyib. Kürdlərin haqlarını müdafiə edən Demokratik Toplum Partiyasının təmsilçisi olan Mehmet Nuri Günəş əvvəlki bələdiyyə başqanlarının Ermənistana yönəlik çox sərt siyasət yürütmələrini pisləyib: “Məndən əvvəlki bələdiyyə başqanlarının bu məsələ ilə bağlı hər hansı tələbi və hədəfi olmayıb. Biz qonşularımızı, qonşularımız isə bizi inkar ediblər. Ermənistanla heç bir mədəni və ticari dialoq qurmamışıq. Onlara qucaq açmaq və bir-birimizi daha yaxından tanımaq kimi bir iş görməmişik. Buna görə də İğdırın mənfəəti ilə bağlı qonşu ölkələrlə hər hansı layihə hazırlanaraq həyata keçirilməyib. Ticarətin milliyyəti olmaz. Bu gün İrəvanın bütün mağazalarında türk malları satılır. Trabzondan, İstanbuldan, Ankaradan, Rizədən insanlar yüz kilometrlərlə məsafə qət edərək İrandan Ermənistana keçib ticarət edirsə, biz niyə 15 kilometr aramız ola-ola bunu etməyək? Tarixi məsələləri müzakirə edərəm, amma ticarət münasibətləri də quraram. Mən Əlican sərhəd – keçib məntəqəsinin açılmasına tərəfdaram. Ermənilərlə dialoq olmasa, bir-birimizlə danışmasaq, bir-birimizi anlaya bilmərik”.

Qeyd edək ki, Mehmet Nuri Günəş DTP təmsilçisi kimi 29 martda keçirilən bələdiyyə seçkilərində İğdırın bələdiyyə başqanı seçilib. HADEP qurultayında türk bayrağını yerə ataraq yerinə PKK bayrağı və terrorçu Abdullah Öcalanın şəklini taxan bu şəxs dövlət əleyhinə törətdiyi cinayətə görə 4 il 6 ay həbs cəzası alıb. O, Ermənistanla birbaşa münasibətlərin qurulması və sərhədlərin açılması siyasətini dəstəkləyənlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR