Bank Of Baku

Dəniz Baykal: “Azərbaycanla Türkiyə arasındakı dostluğun yanlış istiqamətə sürüklənməsinin qarşısını aldıq”

Dəniz Baykal: “Azərbaycanla Türkiyə arasındakı dostluğun yanlış istiqamətə sürüklənməsinin qarşısını aldıq”
# 20 may 2009 12:57 (UTC +04:00)
Giresun – APA. Türkiyənin Qara dəniz bölgəsinin Giresun rayonunda 32-ci Beynəlxalq Aksu Festivalı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Giresun bələdiyyəsinin sədri Cümhuriyyət Xalq Partiyasının üzvü olduğu üçün festivala bu partiyanın lideri Dəniz Baykal da qatılıb. D. Baykal Aksu çayının kənarında təşkil olunan folklor festivalında çıxış edib. O, festivala qatılan Azərbaycan rəqs kollektivinə üzünü tutaraq son vaxtlar iki ölkə münasibətlərində yaranmış anlaşılmazlığa toxunub: “Yaxşı ki, millətimizin də dəstəyi ilə Azərbaycanla Türkiyə arasındakı dostluğun yanlış istiqamətə sürüklənməsinin qarşısını aldıq. Dostluğu birlikdə sahibləndik. Bundan böyük sevinc duyuram. Azəri qardaşlarımıza təşəkkür edirəm. Bölgədəki bütün problemlər həll olunacaq”.
D. Baykal daha sonra Azərbaycan, Gürcüstan və Bolqarıstan folklor qruplarının çıxışlarını izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR