Bank Of Baku

Abdulla Gül: “Mühakimə olunmaqdan qorxmuram”

Abdulla Gül: “Mühakimə olunmaqdan qorxmuram”
# 20 may 2009 15:34 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, A. Gül “itmiş trilyon” qalmaqalının ortaya çıxdığı vaxt Rifah Partiyası liderinin xarici əlaqələrə məsul müavini vəzifəsini tutduğunu və heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını deyib: “Mən toxunulmazlığımın ləğv olunmasını istəmişdim. Prezident postu ən uca vəzifədir. Mənim yeganə narahatlığım bu vəzifənin nüfuzunun zədələnməsidir. Hüquqi prosedurun yekununda mühakimə olunmağım lazım gələrsə, mənim bundan bir qorxum olmaz”.

Qeyd edək ki, 1997-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə qapadılan Rifah Partiyası bu qərara əsasən dövlətdən aldığı maliyyə yardımını geri qaytarmalı idi. Ancaq maliyyənin partiya təşkilatlarına göndərilərək xərcləndiyini bildirən RP rəhbərliyi pulu geri qaytarmayıb. Maliyyə Nazirliyi müfəttişlərinin apardığı araşdırma nəticəsində bu vəsaitin təxminən 1 trilyon (indiki 1 milyon) lirəlik hissəsinin saxta sənədlərlə xərclənmiş kimi göstərilərək mənimsənildiyi müəyyənləşdirilib. Ankara Baş Prokurorluğu fakt üzrə cinayət işi qaldırıb. Ancaq A. Gül o vaxtdan prezident seçildiyi 2007-ci ilə qədər millət vəkili olduğu üçün istintaqa cəlb edilməyib. Prezident seçildikdən sonra A. Gülün mühakimə edilib-edilməyəcəyi haqda mübahisələr yenidən başlayıb. Ankara Baş Prokurorluğu prezidentin mühakimə edilməsinin mümkün olmadığı qənaətinə gələrək istintaqı dayandırıb. Ancaq bu qərardan məhkəməyə şikayət verilib və mayın 18-də Ankaranın Sincan rayon Ağır Cəza Məhkəməsi A. Gülün mühakimə edilməsi yönündə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR