Bank Of Baku

Əlində qumbara olan şəxs Serbiya prezidentinin iqamətgahına daxil olub

Əlində qumbara olan şəxs Serbiya prezidentinin iqamətgahına daxil olub
# 21 may 2009 14:08 (UTC +04:00)
Belqrad – APA. Serbiyanın paytaxtı Belqradda əlində iki əl qumbarası olan şəxs prezident iqamətgahına daxil olub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezident Boris Tadiçin içəridə olub-olmadığı bilinmir. Bina polis tərəfindən mühasirəyə alınıb. İçəridə də xeyli polis olduğu bildirilir. Polis əlində qumbara olan şəxslə danışıqlar aparır və onu təslim olmağa çağırır. Bu şəxsin Draqan Mariç olduğu müəyyənləşdirilib. D. Mariç bu gün səhər polis də daxil olmaqla, 11 min ünvana e’mail göndərib. O, məhkəmə işi ilə bağlı probleminin yerli vaxtla saat 16.00-a (Bakı vaxtı ilə saat 19.00) qədər həll olunmasını tələb edir, əks halda binanı partladacağını bildirir. Prezident iqamətgahı ətrafında nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə təcili yardım maşınları gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR