Bank Of Baku

Türkiyənin Bursa şəhərindəki dövlət xəstəxanasında baş verən yanğında 8 nəfər ölüb – FOTO

Türkiyənin Bursa şəhərindəki dövlət xəstəxanasında baş verən yanğında 8 nəfər ölüb – <font color=red>FOTO </font>
# 26 may 2009 07:51 (UTC +04:00)
Bursa – APA. Türkiyənin Bursa şəhərindəki Şövkət Yılmaz adına Dövlət Xəstəxanasında güclü yanğın baş verib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mayın 26-na keçən gecə yerli vaxtla saat 02.30-da xəstəxananın birinci mərtəbəsindəki rentgen və tomoqrafiya şöbəsində başlayan yanğın qısa müddətdə yuxarıdakı doğum və reanimasiya şöbələrinə yayılıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib və xəstələrin evakuasiyasına başlanıb. Reanimasiyada yatan xəstələrin bəziləri cihazların söndürülməsi nəticəsində, bəziləri də başqa xəstəxanalara aparılarkən yolda ölüb. Ümumilikdə 8 nəfər dünyasını dəyişib. Yanğın söndürülüb. Olayın səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR