Bank Of Baku

Rusiyanın ən varlı adamı Türkiyədə 7 ulduzlu otel inşa etdirəcək

Rusiyanın ən varlı adamı Türkiyədə 7 ulduzlu otel inşa etdirəcək
# 29 may 2009 11:57 (UTC +04:00)
Ankara – APA. Telman İsmayılovdan sonra daha bir rusiyalı iş adamı Türkiyədə super lüks otel inşa etdirməyə hazırlaşır. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyanın ən varlı adamı Mixail Proxorov Türkiyənin turizm mərkəzlərindən biri olan Çeşmə qəsəbəsində (İzmir) satın aldığı 184 min kvadratmetr ərazidə 7 ulduzlu mehmanxana inşa etdirməyi planlaşdırır. Çeşmə bələdiyyəsinin sədri Faiq Tütünçüoğlu M. Proxorovun ərazini 2007-ci ildə 17 milyon dollara aldığını və otel tikintisi üçün bütün dövlət orqanlarında icazə alındığını deyib. O bildirib ki, bir neçə il ərzində dünyanın ən zəngin şəxsiyyətləri qəsəbəyə gəlməyə başlayacaq.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Mixail Proxorov “Qruppa ONEKSİM” özəl investisiya fondunun prezidentidir. “Forbes” jurnalının hesablamalarına əsasən maliyyə böhranından əvvəl sərvə 22,6 milyard dollar həcmində olub. Böhrandan sonra isə bu məbləğ 9,5 milyarda enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR