Bank Of Baku

“Titanik”in sağ qalmış son sərnişini də dünyasını dəyişib

“Titanik”in sağ qalmış son sərnişini də dünyasını dəyişib
# 01 iyun 2009 08:14 (UTC +04:00)
London – APA. 97 il əvvəl Atlantik okeanında batmış “Titanik” gəmisinin sağ qalmış sonuncu sərnişini də vəfat edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, britaniyalı Millvina Din Hempşir qraflığındakı qocalar evində dünyasını dəyişib. Son illərini ciddi maliyyə sıxıntısı içində keçirən M. Din qocalar evində qalmaq üçün tələb olunan pulu ödəməkdə çətinlik çəkirmiş. Bu səbəblə o, faciə ilə bağlı əşyaları satışa çıxarıb. Bu ilin aprel ayında içində M. Dinin əşyaları olan çanta hərraca çıxarılıb. Din ailəsi 1912-ci ildə qəzadan xilas olduqdan sonra öz əşyalarını bu çantada Nyu-Yorkdan Britaniyaya daşıyıb. Çantanı hərracda 1,5 min funt-sterlinqə satın alan şəxs onu dərhal öz sahibinə qaytarıb. M. Dinin dostlarının yaratdığı fonda “Titanik” filminin yaradıcıları – rejissor Ceyms Kemeron, aktyorlar Leonardo Di Kaprio və Keyt Uinslet də pul köçürüblər. Maraqlıdır ki, M. Din bu filmə baxmayıb və gəmini batdığı yerə getməyib.
Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci il aprelin 15-i gecəsi aysberqlə toqquşaraq batıb. Gəmidəki 2 min 233 sərnişin və ekipaj üzvündən 706-sı xilas edilib. Gəmi batarkən M. Din 2 aylıq körpə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR