Bank Of Baku

Rio-de-Janeyro - Paris təyyarəsinin qəzaya uğradığı açıqlanıb, axtarış tədbirləri davam etdirilir

Rio-de-Janeyro - Paris təyyarəsinin qəzaya uğradığı açıqlanıb, axtarış tədbirləri davam etdirilir
# 01 iyun 2009 14:10 (UTC +04:00)
Paris – APA. Fransanın ekologiya və energetika naziri Jan Lui Borloo Rio-de-Janeyro – Paris marşrutu ilə uçan və Atlantik okeanı üzərində radardan itən sərnişin təyyarəsinin qəzaya uğradığını açıqlayıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, nazir terror aktı və təyyarənin oğurlanması versiyasını rədd edib. O, təyyarənin sağ-salamat qaldığına dair ümidlərin tükəndiyini söyləyib: “Təyyarənin mülki radarların sıradan çıxmasından sonra itdiyi hipotezini əsaslandırmaq çətindir, çünki təyyarə hərbi radarların ekranından da itib. Təəssüf ki, ən faciəvi hipotezi ciddi şəkildə nəzərdən keçirmək məcburiyyətindəyik”.

Qeyd edək ki, “Air France” şirkətinə məxsus “Airbus 330” təyyarəsi bu gün Bakı vaxtı ilə saat 14.10-da radardan itib. Təyyarədə 216 sərnişin və 12 ekipaj üzvü olub. Hazırda Braziliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr təyyarənin düşdüyü ehtimal edilən yerdə - ölkə sahillərindən 350 km uzaqda yerləşən Fernando-di-Noronya adası istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir. Parisin Şarl de Qoll hava limanında qəza mərkəzi və “qaynar xətt” yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR