Bank Of Baku

Rio-de-Janeyro – Paris təyyarəsi ildırım düşdüyü üçün qəzaya uğrayıb

Rio-de-Janeyro – Paris təyyarəsi ildırım düşdüyü üçün qəzaya uğrayıb
# 01 iyun 2009 15:53 (UTC +04:00)
Paris – APA. Rio-de-Janeyro – Paris marşrutu ilə uçan və Atlantik okeanı üzərində qəzaya uğrayan “Airbus A 330-200” təyyarəsinə ildırım düşüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Air France” şirkətinin mətbuat katibi Fransua Bruss deyib. O, təyyarənin elektrik sistemində qəza olduğuna dair avtomatik mesaj aldıqlarını deyib. Təyyarənin fırtınalı hava boşluğuna daxil olduğu güman edilir.
Xatırladaq ki, təyyarədə 216 sərnişin, 12 ekipaj üzvü olub. Sərnişinlərdən 126-sı kişi, 82-si qadın, 8-i uşaq, 1-i isə körpədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR