Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları hələ də tapılmayıb

Atlantik okeanı üzərində qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları hələ də tapılmayıb
# 02 iyun 2009 08:19 (UTC +04:00)
Paris – APA. İyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğrayan, “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qalıqları hələ də tapılmayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Fransa ABŞ Müdafiə Nazirliyindən kömək istəyib. Prezident Nikola Sarkozi Pentaqondan axtarış məqsədilə öz peyk müşahidə və dinləmə vasitələrini işə salmağı xahiş edib: “Hər şeydən əvvəl faciənin baş verdiyi yeri müəyyən etmək lazımdır”. N. Sarkozi Fransa Silahlı Qüvvələrinin qəza zonasına hərbi təyyarələr və gəmilər göndərdiyini deyib. O, İspaniyanın da axtarış tədbirlərində Fransaya yardımçı olduğunu söyləyib. Braziliya Hərbi Hava Qüvvələrinin hərbi təyyarələri də gecə boyunca axtarış tədbirlərində iştirak ediblər, amma hələlik heç bir nəticə yoxdur.
İlkin məlumatlara əsasən qəza Fernando-di-Noronya arxipelaqı istiqamətində baş verib. “Airbus A 330-200” təyyarəsinə hava boşluğunda ildırım düşdüyü güman olunur. Təyyarə ilə rabitə kəsilmədən öncə təyyarə elektrik sistemində nasazlıq olduğuna dair yerə avtomatik rejimdə mesaj, həmçinin fəlakət barədə 10 siqnal göndərib. Təyyarədə 24 ölkənin vətəndaşları olub: 80 braziliyalı, 73 fransalı, 18 almaniyalı, 9 italiyalı, 6 amerikalı, 5 çinli, 4 macarıstanlı, 2 ispaniyalı, 2 britaniyalı, 2 mərakeşli, 2 irlandiyalı, həmçinin 1 Türkiyə, Rusiya, Argentina, Anqola, İslandiya, Norveç, Polşa, Rumıniya, Belçika, Slovakiya, İsveç, Filippin və İsveçrə vətəndaşı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR