Bank Of Baku

Qəzaya uğrayan Rio-de-Janeyro - Paris təyyarəsində 1 Türkiyə vətəndaşı olub - FOTO

Qəzaya uğrayan Rio-de-Janeyro - Paris təyyarəsində 1 Türkiyə vətəndaşı olub - <font color=red>FOTO</font>
# 02 iyun 2009 08:28 (UTC +04:00)
Ankara – APA. İyunun 1-də Rio-de-Janeyrodan Parisə uçan və Atlantik okeanı üzərində qəzaya uğrayan təyyarədə 1 Türkiyə vətəndaşı olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasının arfa bölməsinin rəhbəri, arfa sənətçisi, 37 yaşlı Fatma Ceren Nəciboğlu IV Ris-de-Janeyro Arfa Festivalında konsert proqramı ilə çıxış edib. O, Paris təyyarəsinə bilet alaraq Fransa paytaxtından Türkiyəyə dönməyi planlaşdırıbmış.

F. C. Nəciboğlu orta təhsilini İstanbuldakı alman liseyində alıb. İstanbul Universitetinin Dövlət Konservatoriyasını, Boğaziçi Universitetinin tərcüməçilik fakültəsini bitirdikdən sonra ABŞ-ın Luiziana və İndiana universitetlərinin arfa bölümündə təhsilini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR