Bank Of Baku

Türkiyənin Adana şəhərində bir mənzildə 8 nəfərin meyiti tapılıb

Türkiyənin Adana şəhərində bir mənzildə 8 nəfərin meyiti tapılıb
# 02 iyun 2009 11:01 (UTC +04:00)
Adana – APA. Türkiyənin Adana şəhərində bir mənzildə 8 nəfərin meyiti tapılıb. APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, 142-ci küçədə yerləşən binanın 11-ci mərtəbəsindəki mənzildə zəhərlənmə baş verdiyinə dair məlumat daxil olub. Bələdiyyə işçiləri həmin ünvana getsələr də, qapını açan olmayıb. Hadisə yerinə gələn polislər qapını sındıraraq içəri giriblər. Mənzildəki otaqlarda 5 qadın və 3 uşağın meyiti aşkarlanıb. Ölənlərdən birinin tibb bacısı Nalan Yüksəl olduğu müəyyənləşdirilib. O, 10 il əvvəl həyat yoldaşından ayrılıb və evdə valideynləri, həmçinin qardaşının ailəsi ilə birlikdə yaşayırmış. Adana valisi İlhan Atış olayın hərtərəfli araşdırıldığını bildirib. Adana bələdiyyəsinin sədri Aytac Durak isə cinayətin qısqanclıq zəminində törədilə biləciyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR