Bank Of Baku

Adanada 8 nəfəri öldürən şəxs yaxalanıb

Adanada 8 nəfəri öldürən şəxs yaxalanıb
# 02 iyun 2009 13:00 (UTC +04:00)
Adana – APA. Türkiyənin Adana şəhərində 8 nəfərlik ailəni qətlə yetirən şəxs həbs edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, eyni ailənin üzvü olan, ordu sıralarından xaric edilmiş sabiq hərbçi, 1971-ci il təvəllüdlü Murad Yüksəl silahı ilə birlikdə yaxalanıb. O, ilkin ifadəsində cinayəti boynuna alıb. Murad Yüksəl 62 yaşlı anası Günayı, 64 yaşlı atası İbrahimi, qardaşı Əlini, qardaşı arvadı Gülü, digər qardaşı, 6 yaşlı Vedatı, bacısı Nalanı və onun övladları Xəlil İbrahimlə Arifi tapançadan atəş açaraq öldürüb. Qonşuların atəş səslərini eşitməməsi qatilin səsboğucudan istifadə etdiyini göstərir. M. Yüksəlin cinayəti ailə içində maddi məsələlərlə bağlı yaranan mübahisəyə görə törətdiyi güman edilir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR