Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Atlantik okeanı üzərində qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
# 02 iyun 2009 15:51 (UTC +04:00)
Bakı – APA. Atlantik okeanı üzərində qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları Braziliya sahillərindən 650 km aralıda tapılıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Braziliya Hərbi Hava Qüvvələrinin polkovniki Jorje Amaral deyib. O bildirib ki, okeanda təyyarənin oturacaqları, kiçik ağ detallar, kerosin və yağ izləri aşkarlanıb. Ayrı-ayrı qalıqlar bir-birindən 60 km aralıda görünür. Axtarış rayonu Braziliya sahilindən 1,1 min km şimal-şərqdə, Seneqalın hava məkanı yaxınlığındadır.
Xatırladaq ki, iyunun 1-də Braziliyanın Rio-de-Janeyro şəhərindən Fransanın paytaxtı Parisə uçan, “Air France” şirkətinə məxsus “Airbus 330-200” tipli sərnişin təyyarəsi Atlantik okeanı üzərində qəzaya uğrayıb. Təyyarənin içində 216 sərnişin, 12 ekipaj üzvü olub. Qəza baş verən zonada okeanın dərinliyi bir neçə kilometrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR