Bank Of Baku

“Air France” şirkətinə məxsus təyyarənin havada olarkən parçalanması versiyası irəli sürülüb

“Air France” şirkətinə məxsus təyyarənin havada olarkən parçalanması versiyası irəli sürülüb
# 04 iyun 2009 10:17 (UTC +04:00)
Paris-APA. “Air France” şirkətindəki mənbə “A330-200” aerobusunun çox güman ki, hələ havada olan zaman parçalandığı ehtimalını irəli sürüb. APA-nın məlumatına görə, pilotun dispetçer məntəqəsinə göndərdiyi son mesaj təyyarənin qasırğa zonasına daxil olması ilə əlaqıdardır. Mənbə mesajdan 10 dəqiqə sonra avtopilot sisteminin söndüyünü, kompüterlərin ehtiyat yanacaq mənbəyinə qoşulduğunu deyib: “Son mesajlardan biri salonda təzyiqi aşağı düşməsi və elektrik sisteminin sıradan çıxması ilə bağlıdır. “Aerobusun avtomatik sistemdə ötürdüyü bu məlumatlar qəzanın hansı səbəbdən baş verdiyini müəyyənləşdirməyə imkan vermir. Daha dəqiq informasiyanı “qara qutu”lar tapıldıqdan sonra söyləmək olar, lakin bu qutular çox güman ki, okeanın dibindədir”. Xatırladaq ki, təhqiqatı araşdıran müstəntiq Pol-Lui Arslanyan “qara qutular”ın tapılma ehtimalının sıfıra bərabər olduğunu bildirib və fikrini okean dibinin relyefinin mürəkkəb olması və dərinliyin böyük olması ilə əlaqələndirib. Axtarışa cəlb olunan üç ölkənin – Fransa, Böyük Britaniya və ABŞ-ın təmsilçiləri qəzada terror versiyasının ümumiyyətlə araşdırılmadığını bəyan ediblər. Qeyd edək ki, Rio-de-Janeyro-Paris reysini həyata keçirən “Air France” şirkətinə məxsus təyyarə iyunun 1-də yoxa çıxıb. Təyyarənin qalıqları bir gün sonra Atlantik okeanın səthində tapılıb. Qəza baş verən ərazidə okeanın dərinliyi 7 kilometrdir. Təyyarədə 228 nəfər olub, onlardan biri Türkiyə vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR