Bank Of Baku

Atlantik okeanında tapılan qalıqlar qəzaya uğramış təyyarəyə adi deyil

Atlantik okeanında tapılan qalıqlar qəzaya uğramış təyyarəyə adi deyil
# 05 iyun 2009 08:04 (UTC +04:00)
Bakı – APA. Atlantik okeanında tapılan qalıqlar qəzaya uğramış təyyarəyə adi deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Braziliya Hərbi Hava Qüvvələrinin briqada generalı Ramon Kardozo deyib. “Okeandan götürülən predmetlərin təyyarənin qalıqları olmadığı təsdiqləndi. Bunlar axtarış zonasında olub, ancaq bizim üçün sadəcə olaraq zibildir. Amma biz yenə bu tapıntıları araşdıracağıq”, deyə o, bildirib.

Qeyd edək ki, Braziliya Hərbi Dəniz Qüvvələrinə məxsus “Lynx” vertolyotunun okeandan “A 330-200” təyyarəsinə məxsus bir hissəni qaldırdığı xəbər verilmişdi.

Xatırladaq ki, iyunun 1-də Rio-de-Janeyro – Paris marşrutu ilə uçan sərnişin təyyarəsi Atlantik okeanı üzərində qəzaya uğrayıb. Təyyarədəki 216 sərnişin və 12 ekipaj üzvü həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR