Bank Of Baku

Litva prezidentinin səhhəti pisləşib

Litva prezidentinin səhhəti pisləşib
# 08 iyun 2009 08:18 (UTC +04:00)
Vilnüs-APA. Litva prezidenti Valdas Adamkus Vilnüs xəstəxanalarından birinə yerləşdirilib. APA-nın məlumatına görə, prezidentin şəxsi həkimi Adamkus Remiqiyus Narqel bildirib ki, Adamkusun səhhətinin pisləşməsinə səbəb ürək nahiyəsinə yerləşdirilmiş kardiostimulyatorun işində qeydə alınan nasazlıqlardır: “Bu səbəbdən mən prezidentin təcili olaraq müayinəyə göndərilməsinə qərar verdim”. Həkimlər hazırda dövlət başçısının özünü yaxşı hiss etdiyini bildirirlər. Qeyd edək ki, Valdas Adamkus ötən ay keçirilən prezident seçkilərində iştirak etməyib. Həmin seçkilərdə Dali Qribauskayte prezident seçilib. O vəzifəsinin icrasına iyulda başlayacaq. O vaxta qədər prezidentin səlahiyyətlərini Valdas Adamkus icra edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR