Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarənin quyruq hissəsi və daha 8 cəsəd tapılıb

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarənin quyruq hissəsi və daha 8 cəsəd tapılıb
# 09 iyun 2009 07:34 (UTC +04:00)
Bununla da dənizdə tapılan cəsədlərin sayı 24-ə çatıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Braziliya Hərbi Hava Qüvvələrinin polkovniki Enri Munyos meyitlərin Fernando-de-Noronya arxipelaqından 640 km şimal-şərqdə və təyyarənin sonuncu dəfə qəza barədə avtomatik siqnal göndərdiyi yerin 70 kilometrliyində aşkarlandığını deyib. Bundan başqa, Braziliya Hərbi Dəniz Qüvvələri təyyarənin quyruq hissəsinin fraqmentini də tapıblar. Bu isə “qara qutu”ların da aşkarlanacağına ümid verir. Belə ki, “qara qutu”lar məhz təyyarənin arxa hissəsində yerləşir. Bundan başqa, axtarış zamanı təyyarənin qanadının fraqmentləri, konstruksiyasının bir hissəsi, kreslolar, oksigen maskaları, sərnişinlərin şəxsi əşyaları da çıxarılıb.

Xatırladaq ki, Rio-de-Janeyro – Paris marşrutu ilə uçan “Airbus 330-200” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 4 saat sonra radarlardan itib. Təyyarənin içində 216 sərnişin və 12 ekipaj üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR