Bank Of Baku

Türkiyədə raket istehsal olunan hərbi müəssisədə partlayış baş verib

Türkiyədə raket istehsal olunan hərbi müəssisədə partlayış baş verib
# 09 iyun 2009 12:03 (UTC +04:00)
Ankara-APA. Ankara-Samsun yolunun kənarında yerləşən “ROKETSAN Raket Sənayesi və Ticarət” şirkətində güclü partlayış baş verib. Partlayışın gücündən ətraf binalara ciddi ziyan dəyib, hadisədən sonra şirkətə məxsus fabrikdə yanğın baş verib. İlkin məlumata görə, hadisə raket sənayesi tullantılarının atıldığı ərazidə qeydə alınıb. Fabrikin əməkdaşları baş verən yanğının heç bir müdaxilə edilmədən öz-özünə söndüyünü bildiriblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR