Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarədəki daha 13 sərnişinin cəsədi tapılıb

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarədəki daha 13 sərnişinin cəsədi tapılıb
# 10 iyun 2009 07:44 (UTC +04:00)
Bakı – APA. Atlantik okeanı üzərində qəzaya uğramış “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsindəki daha 13 sərnişinin cəsədi tapılıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da tapılan cəsədlərin sayı 41-ə çatıb. Braziliya aviadispetçer xidmətinin rəhbəri Ramon Kardoso cəsədlərin Fernando-di-Noronya arxipelaqına daşındığını deyib. İlkin baxış keçirildikdən və sənədləşdirmədən sonra meyitlər tanınma məqsədilə materikə aparılaraq ekspertlərə göstəriləcək. İdentifikasiya prosesində İnterpolun mütəxəssisləri də iştirak edəcək.

Xatırladaq ki, “Airbus 330-200” tipli sərnişin təyyarəsi iyunun 1-də qəzaya uğrayıb. Təyyarənin içində 228 nəfər olub. Qəzadan 5 gün sonra Braziliya sahillərindən 1100 km uzaqda təyyarənin içindəki əşyalar və bəzi cəsədlər tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR