Bank Of Baku

İstanbulun polis rəisi Cəlaləddin Cərrah vəzifədən uzaqlaşdırılıb

İstanbulun polis rəisi Cəlaləddin Cərrah vəzifədən uzaqlaşdırılıb
# 12 iyun 2009 07:41 (UTC +04:00)
Bakı – APA. Türkiyənin ən böyük şəhəri İstanbulun əmniyyət müdiri (polis rəisi) Cəlaləddin Cərrah bu vəzifədən uzaqlaşdırılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin qərarı ilə İstanbulun polis rəisi və 22 rayonun valisi dəyişdirilib. Nazirlər Kabineti tərəfindən təsdiqlənərək qüvvəyə minən qərara əsasən C. Cərrah Osmaniyə valisi təyin edilib. 29 mart bələdiyyə seçkiləri ərəfəsində seçicilərə məişət əşyaları paylayaraq ölkədə qalmaqala səbəb olan Tunceli valisi Mustafa Yaman Qara dənizin Giresun rayonuna vali göndərilib. Əhalisinin bir qismi Azərbaycan türklərindən ibarət olan Qars rayonunun valisi Mehmet Ufuk Ərdən Kırklareli valisi təyin edilib, onu bu postda Mustafa Kara əvəzləyib.
Qeyd edək ki, C. Cərrah son illər ölkədə ən çox diqqət mərkəzində olan polis rəislərindən biri idi. Onun fəaliyyəti və zahiri görünüşü (əsasən də uzun bığı) bəzi teleseriallara ilham qaynağı olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR