Bank Of Baku

Marqaret Tetçer xəstəxanaya yerləşdirilib

Marqaret Tetçer xəstəxanaya yerləşdirilib
# 12 iyun 2009 15:33 (UTC +04:00)
London-APA. Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin səhhəti pisləşib. APA-nın məlumatına görə, sabiq baş nazir Londonun Blqraviya rayonundakı evindən “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Xanım Tetçerin ən azı sabaha kimi xəstəxanada qalacağı bildirilir. Şahidlər Marqaret Tetçerin gəzinti zamanı qəflətən yıxıldığını bildirirlər. Bir neçə dəfə mikroinsult keçirən Marqaret Tetçet buna rəğmən aktiv həyat tərzi yaşayır. İki ay əvvəl səhhəti qəfil pisləşən sabiq baş nazir xəstəxanaya aparılsa da, həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Marqaret Tetçer 1979-1990-cı illərdə Britaniya hökumətinə rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR