Bank Of Baku

Atlantik okeanına düşmüş təyyarənin yeni qalıqları və bəzi qurbanların cəsədlərinin fraqmentləri tapılıb

Atlantik okeanına düşmüş təyyarənin yeni qalıqları və bəzi qurbanların cəsədlərinin fraqmentləri tapılıb
# 18 iyun 2009 07:45 (UTC +04:00)
Bakı – APA. İyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğramış “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin yeni qalıqları və bəzi qurbanların cəsədlərinin fraqmentləri tapılıb. APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, Braziliyanın rəsmi şəxsləri fraqmentlərin neçə cəsədə aid olduğunu söyləməyin çətin olduğunu deyiblər. Təyyarənin aşkarlanan yeni qalıqları “Airbus”ın havada parçalandığı versiyasını təsdiqləyir.

Xatırladaq ki, Braziliyanın Rio-de-Janeyro şəhərindən Fransa paytaxtı Parisə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan 4 saat sonra radardan itib. Bundan bir qədər əvvəl təyyarədən texniki nasazlıqla bağlı 24 avtomatik mesaj gəlib. Təyyarədəki 216 sərnişin və 12 ekipaj üzvünün hamısı ölüb. Aşkarlana son cəsəd fraqmentlərinə qədər okeanda sadəcə, 40 cəsəd tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR