Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarədə ölən hər sərnişinin ailəsinə 17,5 min avro ödənəcək

Atlantik okeanı üzərində qəzaya uğramış təyyarədə ölən hər sərnişinin ailəsinə 17,5 min avro ödənəcək
# 19 iyun 2009 12:19 (UTC +04:00)
Bakı – APA. “Air France” aviaşirkəti iyunun 1-də Atlantik okeanı üzərində qəzaya uğramış təyyarədə ölən hər sərnişinin ailəsinə 17,5 min avro ödəyəcək. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, şirkətin icraçı direktoru Filip Qurjon artıq vəkillərin 228 sərnişin və ekipaj üzvünün ailəsi ilə əlaqə saxladığını deyib. O, ölənlərin xatirəsinə memorial ucaltmaq niyyətində olduqlarını da söyləyib.
Qeyd edək ki, indiyədək 228 nəfərdən cəmi 50-nin cəsədi tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR