Bank Of Baku

Strasburqda Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin növbəti toplantısı keçiriləcək

Strasburqda Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin növbəti toplantısı keçiriləcək
# 19 iyun 2009 15:40 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Strasburqda Avropa Şurasının Demokratiya Yay Siyasi Universitetinin “Demokratiyanın ümumdünya problemləri” adı altında növbəti toplantısı keçiriləcək. APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda Avropanın 16 ölkəsindən jurnalistlər, vətəndaş cəmiyyətinin üzvləri və gənc siyasi xadimlərdən ibarət 600-dən çox dinləyicinin iştirakı gözlənilir. Toplantıda Bakı siyasi məktəbinin nümayəndələri də qatılacaq. İyulun 6-da start veriləcək toplantını giriş sözü ilə Avropa Şurasının baş katibi Terri Devis çıxış edəcək. Toplantıda Strasburq meri Roland Reis, AŞ PA prezidenti Luis Mariya de Puç, Avropa Siyasi Məktəbləri Assosiasiyasının rəhbəri Katerin Lalümyer və Fransanın sabiq baş naziri Mişel Kokardın da çıxışları nəzərdə tutulur. İyulun 10-da isə toplantının bağlanış mərasimində İrqçiliyə Qarşı Təlim Fondunun rəhbəri, tanınmış futbolçu Lilian Tyuram çıxış edəcək. Toplantı çərçivəsində Bakı və İrəvan məktəblərinin ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR