Bank Of Baku

Türkiyədə daha bir nəfərdə “donuz qripi” virusu aşkarlanıb

Türkiyədə daha bir nəfərdə “donuz qripi” virusu aşkarlanıb
# 20 iyun 2009 08:16 (UTC +04:00)
İstanbul-APA. İyunun 11-də Kanadadan Türkiyəyə gələn və dörd gün sonra xəstəxanaya müraciət edən bir qadının “donuz qripi”nə yoluxduğu aşkarlanıb. APA-nın məlumatına görə, Dənizli valiliyi adı açıqlanmayan qadının A(H1N1) virusuna yoluxması faktının təsdiqləndiyi, lakin qadının səhhətinin normal olduğu barədə məlumat yayıb. Həmin qadınla təmasda olan şəxslərin isə müayinəsi davam edir. Bununla da Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 21 nəfərə çatıb. Bu şəxslərin hamısının Türkiyəyə xarici ölkələrdən gəldiyi müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR