Bank Of Baku

AŞ PA-nın Siyasi Bürosu Avropa Şurası baş katibi postuna seçkilərin təxirə salınması barədə qərar qəbul edib

AŞ PA-nın Siyasi Bürosu Avropa Şurası baş katibi postuna seçkilərin təxirə salınması barədə qərar qəbul edib
# 22 iyun 2009 10:58 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının Siyasi Bürosunun iclası keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, iclasda Avropa Şurasının baş katibi postuna seçkilərin qurumun payız sessiyasına kimi təxirə salınması barədə qərar qəbul olunub. Qərar təsdiqlənmək üçün AŞ PA-nın plenar sessiyasına təqdim olunub. Qeyd edək ki, baş katib postuna seçkilərlə bağlı Avropa Şurası Nazirlər Komitəsi ilə AŞ PA arasında narazılıq mövcuddur. Seçkilərin növbəti sessiyaya kimi təxirə salınmasının səbəbi də məhz budur. Qeyd edək ki, Avropa Şurası baş katibi postuna Norveçin sabiq baş naziri Torbyorn Yaqland, Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviç, belçikalı parlamentar Luk van den Brand və macarıstanlı parlamentar Matias Yorşun namizədlikləri irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR