Bank Of Baku

Luis Maria de Puç: “Baş katib postuna seçkilərlə bağlı əsas problem Avropa Şurasının daxili prosedurasının fərqli yozulmasıdır”

Luis Maria de Puç: “Baş katib postuna seçkilərlə bağlı əsas problem Avropa Şurasının daxili prosedurasının fərqli yozulmasıdır”
# 22 iyun 2009 12:24 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, plenar iclasdan öncə AŞ PA prezidenti Luis Maria de Puç jurnalistlər üçün mətbuat konfransı keçirib. O, Avropa Şurası baş katibi postuna seçkilərin təxirə salınması ilə bağlı AŞ PA-nın plenar sessiyasında səsvermə keçirilməsini mümkün sayıb: “Əgər parlamentarlardan etiraz edən olmasa, biz Büronun qərarını plenar iclasda səsə qoya bilərik. Bundan başqa qərara gəldik ki, fövqəladə məsələ kimi baş katib sekçilərini deyil, İrandakı son durumu müzakirə edək. Yəni bu sessiya ərzində baş katib vəzifəsinə seçkilərlə bağlı hər hansı müzakirə gözlənilmir”

AŞ Nazirlər Komitəsinin rəhbəri, Sloveniyanın xarici işlər naziri Samuel Jqobarın bu gün AS PA qarşısında ASNK-nin fəaliyyeti barədə hesabat verəcəyini deyən Luis Maria de Puç baş katib postuna seçkilərlə bağlı məsələni adı çəkilən şəxslə də müzakirə edəcəyini deyib: “Bu haqda bir neçə dəfə öz fikrimi bildirmişəm. Əsas problem Avropa Şurasının daxili prosedurasının fərqli yozulmasıdır. AŞ PA hesab edir ki, bu prosedura Avropa Şurası Nazirlər Komitəsi tərəfindən lazımınca riayət edilməyib, qayda-qanunlar pozulub. Hesab edirəm ki, bud aha çox siyasi deyil, hüquqi problemdir. Hər halda əminəm ki, Avropa Şurası daxilində heç bir institusional böhran baş verməyəcək və təşkilat da lazımi şəkildə işini davam etdirə biləcək”.

AŞ PA-nın yay sessiyasının əsas məqamlarına toxunan Luis Maria de Puç bildirib ki, Belarusdakı vəziyyətə dair müzakirələri vacib sayır: “Çox güman ki, sessiyada Belarusa AŞ PA yanında xüsusi dəvətli dövlət statusu verilməsi barədə qərar qəbul olunacaq. Müzakirələrdə Avropanın digər qonşu ölkələri üçün də yeni xüsusi statusların verilməsi barədə qərarların qəbulu gözlənilir. Bildiyiniz kimi Şimali Afrika və bir neçə Orta Asiya ölkələri kimi digər qonşu ölkələr də var ki, onlar nə Avropa Şurasına üzvdür, nə də müşahidəçi statusları var. Biz belə ölkələrə demokratiya naminə tərəfdaş statusunun verilməsini arzulayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR