Bank Of Baku

Atlantik okeanına düşmüş təyyarənin “qara qutu”larından gələn siqnal qeydə alınıb

Atlantik okeanına düşmüş təyyarənin “qara qutu”larından gələn siqnal qeydə alınıb
# 23 iyun 2009 09:54 (UTC +04:00)
Bakı – APA. Atlantik okeanında axtarış tədbirləri həyata keçirən Fransa hərbi gəmiləri iyunun 1-də qəzaya uğramış “Airbus 330-200” sərnişin təyyarəsinin “qara qutu”larından gələn zəif siqnal qeydə alıblar. APA-nın məlumatına görə, bunu Fransanın nüfuzlu “Le Monde” qəzeti yazıb. Xəbər hələlik “Air France” tərəfindən təsdiqlənməyib. Qəzet axtarış zonasında iki “Nautile” sualtı qayığının çalışdığını, bu qayıqların 6 min metr dərinliyə enə bildiyini əlavə edib.

Qeyd edək ki, “qara qutu”ların okeanın dibində olduğu və axtarış zonasında sualtı relyefin mürəkkəbliyi səbəbindən “qutu”ların tapılmayacağına dair narahatlıq var idi. İyunun 4-də bəyan edilmişdi ki, “qara qutu”lar yalnız 1 ay müddətində siqnal göndərə bilər.
Xatırladaq ki, Braziliyanın Rio-de-Janeyro şəhərindən Fransanın paytaxtı Parisə uçan “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan 4 saat sonra radarlardan itib. İçində 216 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarənin bütün sistemlərinin sıradan çıxdığı və havada parçalandığı güman edilir. İndiyədək okeandan cəmi 50 cəsəd tapılıb və onlardan 11-nin şəxsiyyəti müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR