Bank Of Baku

Terri Devis: “Ermənistanda mart hadisələri ilə bağlı cəzasızlıq mühitindən narahatam”

Terri Devis: “Ermənistanda mart hadisələri ilə bağlı cəzasızlıq mühitindən narahatam”
# 23 iyun 2009 10:05 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Terri Devis Avropa Şurasının baş katibi qismində son mətbuat konfransını keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, baş katib Ermənistanda demokratik institutların mövcud vəziyyətinə münasibət bildirib: “Ermənistanda 2 mart hadisələrindən sonra görülən işlər lazımı səviyyədə deyil. Hələ də həllini tapmamış məsələlər qalır. 2 mart hadisələri zamanı baş verən ölüm hallarından sonra heç kim saxlanılmayıb və ya istintaqa cəlb olunmayıb. Çox acınacaqlıdır ki, Ermənistan polisi indiyədək günahkarları müəyyən edə bilməyib. Əlbəttə ki, mən bu qətl hadisələri ilə bağlı cəzasızlıq mühitindən narahatlıq hissi keçirirəm. Hal-hazırda təhqiqat aparılır, amma bu heç də polisin apardığı təhqiqatı əvəz edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR