Bank Of Baku

AŞ PA-nın plenar sessiyasında Belarusla bağlı xüsusi qətnamə qəbul olunub

AŞ PA-nın plenar sessiyasında Belarusla bağlı xüsusi qətnamə qəbul olunub
# 23 iyun 2009 12:37 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının plenar iclası Belarusda mövcud durumun müzakirəsi ilə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, italyan parlamentar Andrea Riqqoni və kipli parlamentar Kristos Purquridis mövzu ilə bağlı hazırladıqları 11939 nömrəli sənədi AŞ PA üzvlərinə təqdim ediblər. Qeyd edək ki, AŞ PA Belarusa qurum yanında xüsusi dəvətli dövlət statusu vermək niyyətindədir. Bui gün keçirilən müzakirələrdə əksər parlamentarlar bu təklifi müdafiə etsələr də, bir qisim millət vəkilləri Belarusun hələ də minimal demokratik standartlara və Avropa Şurasının dəyərlərinə tam cavab vermədiyini dilə gətiriblər. Müzakirələrdə qeyd olunub ki, xüsusi dəvətli dövlət statusunun verilməsi Belarusa “kart-blanş” verilməsi anlamına gəlmir və rəsmi Minsk bunun əvəzində demokratiya və insan hüquqları sahəsində mühüm addımlar atmalıdır. AŞ PA-nın Belarusdakı mövcud durum üzrə həmməruzəçisi, deputat Kristos Purquridis bildirib ki, “əgər Belarus AŞ PA-da təmsil olunmaq istəyirsə, qurumun təşviq etdiyi dəyər və prinsiplərə hörmətlə yanaşmalıdır, əks halda Avropa Şurasının imicinə ciddi zərbə dəyə bilərƏgər bir kluba üzv olmaq istəyirsinizsə, onun qəbul etdiyi dəyər və qaydalara riayət etməlisən”.
Müzakirələrin sonunda səs çoxluğu ilə bir qətnamə və bir tövsiyyə xarakterli sənəd qəbul olunub. Qətnaməyə əsasən Belarus ölüm hökmünün icrasına moratorium tətbiq etdikdən sonra AŞ PA-da xüsusi qonaq statusunu bərpa edə biləcək. Qeyd edək ki, əvvəlki xüsusi qonaq statusundan fərqli olaraq, quruma təkcə Belarus parlamentinin nümayəndə heyəti deyil, eləcə də Belarus parlamentində təmsil olunmayan müxalifət nümayəndələri sistematik olaraq dəvət edilə biləcək. Bu isə cəmiyyətdə demokratik qüvvələrin və sivil cəmiyyətin gücləndirilməsinə yardım etmiş olacaq. Qeyd edək ki, Belarus 1992-1997 illərdə AŞ PA-da xüsusi qonaq statusunda təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR