Bank Of Baku

İstanbulda İran xalqı ilə həmrəylik aksiyası keçiriləcək

İstanbulda İran xalqı ilə həmrəylik aksiyası keçiriləcək
# 24 iyun 2009 12:49 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. İyunun 25-də İranın İstanbuldakı Baş konsulluğunun qabağında bu ölkədə baş verən hadisələrə etiraz məqsədi ilə aksiya keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, aksiya iştirakçıları İrandakı yasın rəngi olan qara və üsyanın rəngi olan yaşıl paltarlarda konsulluğun qarşısına toplaşacaqlar. Aksiyanın “Müstəqillik, Azadlıq, Xalqın iqtidarı” şüarları altında keçməsi gözlənilir. Qeyd edək ki, İranın İstanbuldakı baş konsulluğunun qabağında 20 iyunda aksiya keçirən təxminən 30 nəfər gənc tanınmamaq üçün üzlərinə maska taxmışdılar. Dinc keçən aksiyaya Türkiyə polisi müdaxilə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR