Bank Of Baku

Rene van der Linden: “Baş katib vəzifəsinə seçkilərlə bağlı proseduru AŞ PA deyil, Avropa Şurası Nazirlər Komitəsi pozur”

Rene van der Linden: “Baş katib vəzifəsinə seçkilərlə bağlı proseduru AŞ PA deyil, Avropa Şurası Nazirlər Komitəsi pozur”
# 24 iyun 2009 14:56 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Avropa Xalq Partiyası fraksiyasının üzvləri Kristos Purqurides və AŞ PA-nın sabiq prezidenti Rene van der Linden Avropa Şurasının baş katibi vəzifəsinə seçkilərlə bağlı birgə mətbuat konfransı keçiriblər. APA-nın Avropa bürosunun məlumatına görə, Kristos Purqurides bildirib ki, Avropa Şurası Nazirlər Komitəsi namizədlərin təsdiqi ilə bağlı AŞ PA ilə məsləhətləşmədən qərar verib: « Bu qərar qəbul olunmazdan əvvəl məsələ bizimlə razılaşdırılmalı idi. Çünki bu iki institut arasında aparılan məsləhətləşmələr çox vacibdir. İkinci məsələ isə Nazirlər Komitəsinin namizədlərin seçimi ilə bağlı Avropa Şurasının prosedurlarını pozması və bəzi kriteriləri birtərəfli qaydada dəyişməsidir. AŞ PA olaraq hesab edirik ki, seçki proseduru başlamış bir vaxtda oyunun qaydalarını dəyişmək düzgün deyil və qeyri-demokratik addımdır. Bu səbəbdən bu gün Avropa Şurası Nazirlər Komitəsi ilə AŞ PA arasında münaqişə baş verib. Qeyd edim ki, Nazirlər Komitəsinin təsdiqlədiyi hər iki namizəd Sosialist Partiyasını təmsil edirlər. Biz də Avropa Xalq Partiyası adından bu seçimdə tarazlığın pozulduğunu bəyan edirik”.

Rene van der Linden də prosedurun AŞ Nazirlər Komitəsi tərəfindən pozulduğunu bildirib : «Nazirlər Komitəsi elə təəssürat formalaşdırmağa çalışır ki, guya bu məsələdə günah AŞ PA-dadır. Amma proseduru da, kriteriyaları da Nazirlər Komitəsi özü dəyişib. Biz bu gün təşkilat daxili böhrandan çıxmaq üçün yeni qayda-qanunlar işləyib hazırlamalı və daha sonra seçkilərə start verməliyik. Avropa Şurasının 60 illik tarixində hələ belə şey olmayıb ki, Nazirlər Komitəsi öz maraqlarını Avropa Şurasına diktə eləsin ». Qeyd edək ki, Avropa Xalq Partiyası, xüsusilə Rene van der Lindenin şəxsi təşəbbüsü ilə bu məsələyə rəy vermək üçün Venesiya Komissiyasına müraciət etməyə hazırlaşır. Bununla bağlı fraksiya daxilində qərar qəbul olunub, bu qərarın AŞ PA Bürosunun iclasında təsdiqlənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR