Bank Of Baku

Mitinq iştirakçıları İranın İsveçdəki səfirliyinin binasına soxulub

Mitinq iştirakçıları İranın İsveçdəki səfirliyinin binasına soxulub
# 27 iyun 2009 08:04 (UTC +04:00)
Stokholm – APA. Stokholmda nümayiş keçirən İran əsilli emiqrantlar İranın İsveçdəki səfirliyinin binasında hücum ediblər. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Mahmud Əhmədinejadın İranda keçirilən son prezident seçkilərində qalib gəlməsinə etiraz edən aksiya iştirakçıları səfirliyin binasına soxulan zamanı güc nümayiş etdiriblər və səfirliyinin mühafizəçilərindən birinə ağır bədən xəsarətləri yetiriblər.

İnsident zamanı təxminən 150 nümayiş iştirakçısı binanın şüşələrini daşla qırıblar. Hadisə yerinə gələn polis əməkdaşları binanı aksiya iştirakçılarından azad edərək bir nəfəri həbs ediblər.

Qeyd edək ki, M.Əhmədinejadın seçkilərdə qələbəsinə etiraz edən iranlılar iyunun 13-dən etibarən Avropanın bir çox ölkəsində kütləvi etiraz aksiyaları keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR