Bank Of Baku

İtaliya Şengen zonasından çıxıb

İtaliya Şengen zonasından çıxıb
# 29 iyun 2009 17:11 (UTC +04:00)
Bakı – APA. İtaliya iyunun 29-dan iki həftəlik Şengen zonasından çıxıb və Avropa İttifaqı ölkələri ilə sərhəddə nəzarəti bərpa edib. APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, sərhəd nəzarətinin gücləndirilməsi “Böyük səkkizliyin” iyulun 8-10-da İtaliyanın Akvila şəhərində keçiriləcək sammiti ilə əlaqədardır.

Ölkə hökuməti bununla, təhlükəsizliyi təmin etmək məqsədi güdür. Aİ ölkələrinin vətəndaşları iyulun 15-dən yenidən İtaliyaya sərbəst giriş-çıxış imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR