Bank Of Baku

Hind okeanı üzərində qəzaya uğrayan təyyarənin qalıqları və ölənlərin cəsədləri tapılıb

Hind okeanı üzərində qəzaya uğrayan təyyarənin qalıqları və ölənlərin cəsədləri tapılıb
# 30 iyun 2009 09:00 (UTC +04:00)
Bakı – APA. Hind okeanı üzərində qəzaya uğrayan “Yemenia Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qalıqları və ölənlərin cəsədləri tapılıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yəmən mülki aviasiya xidmətindən bildiriblər. Artıq xilasedicilər cəsədlərin evakuasiyasına başlayıblar. Qəza zonasında təyyarənin qalıqları da aşkarlanıb.

Xatırladaq ki, “A310-300” tipli sərnişin təyyarəsi iyunun 30-da səhər Komor adalarının paytaxtı Moroni şəhərinə 1 saat qalmış radardan itib. Adanın hakimiyyət orqanları təyyarənin okeana düşdüyünü bildiriblər. Təyyarənin içində 142 sərnişin və 11 ekipaj üzvü olub. Onlar Fransa və Komor vətəndaşlarıdır. Fransa qəza zonasına 2 hərbi təyyarə və 1 gəmi göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR