Bank Of Baku

Sarkozi Netanyahudan xarici işlər naziri Libermanı vəzifədən qovmağı tələb edib

Sarkozi Netanyahudan xarici işlər naziri Libermanı vəzifədən qovmağı tələb edib
# 30 iyun 2009 11:04 (UTC +04:00)
Bakı – APA. İsrail və Fransa arasında diplomatik qalmaqal yaranıb. APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, ötən həftə İsrailin baş naziri Benyamin Netanyahunun Fransaya səfəri zamanı prezident Nikola Sarkozi ondan xarici işlər nazirini dəyişdirməsini tələb edib. İki lider İsraildəki daxili siyasi vəziyyəti və koalisiya hökumətini müzakirə edərkən N. Sarkozi indiki xarici işlər naziri Aviqdor Libermanın müxalifət lideri Tszipi Livni ilə əvəzlənməsinin vacibliyini vurğulayıb. Söhbətdə israilli nazirlər Yuval Ştaynits və Gilad Erdan, həmçinin deputat Daniel Ben-Simonun da iştirakı N. Sarkozini narahat etməyib və o, A. Libermanı nəzərdə tutaraq B. Netanyahuya deyib: “Bu adamdan qurtul. Onu Livni ilə əvəz et. Siz, Exud Barak və Livni tarixə düşə bilərsiniz”.

Bəyanatla çıxış edən İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, bu fakt doğrudursa, deməli, söhbət İsrailin daxili işlərinə yolverilməz müdaxilədən gedir: “Biz İsrailin bütün siyasi qüvvələrinin ölkənin daxili işlərinə bu açıq müdaxiləni pisləməsini gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR