Bank Of Baku

Qəzaya uğramış təyyarənin sağ qalmış sərnişini 2-3 yaşlı uşaqdır - YENİLƏNİB

Qəzaya uğramış təyyarənin sağ qalmış sərnişini 2-3 yaşlı uşaqdır - <font color=red>YENİLƏNİB</font>
# 30 iyun 2009 11:47 (UTC +04:00)
Bakı – APA. Komor sahilləri yaxınlığında qəzaya uğramış təyyarənin sağ qalmış sərnişini aşkarlanıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Yəmən hakimiyyət orqanlarındakı mənbə deyib. O bildirib ki, həmin şəxsin cinsi və kim olduğu hələlik müəyyənləşməyib. Bir qədər sonra isə həmin sərnişinin 2-3 yaşlı uşaq olduğu açıqlanıb. O, xilasedicilərin qayığı ilə sahilə aparılıb.

Xatırladaq ki, bu gün səhər “Yemenia Airways” aviaşirkətinə məxsus “A310-300” tipli sərnişin təyyarəsi Komor adalarının paytaxtı Moroni şəhərinin hava limanına enməyə 1 saat qalmış radardan itib. Adanın hakimiyyət orqanları təyyarənin okeana düşdüyünü bildiriblər. Təyyarənin içində 142 sərnişin və 11 ekipaj üzvü olduğu xəbər verilir. Onlardan 66-sı Fransa, qalanı isə Komor vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR