Bank Of Baku

Hind okeanı üzərində qəzaya uğramış təyyarənin “qara qutu”sunun olduğu yer müəyyənləşdirilib

Hind okeanı üzərində qəzaya uğramış təyyarənin “qara qutu”sunun olduğu yer müəyyənləşdirilib
# 01 iyul 2009 09:44 (UTC +04:00)
Bakı – APA. İyunun 30-da Hind okeanı üzərində qəzaya uğramış ”Yemenia Airways” aviaşirkətinə məxsus “A310-300” tipli sərnişin təyyarəsinin qara qutu”sunun olduğu yer müəyyənləşdirilib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa hökumətindəki mənbə “qara qutu”dan gələn siqnalın qeydə alındığını açıqlayıb. Son məlumata əsasən qəzada yalnız bir nəfər – Bakari Baya adlı 14 yaşlı qız sağ qalıb. O, xəstəxanaya çatdırılıb və səhhəti qənaətbəxşdir. Beş yaşlı uşağın və kapitanın da sağ qaldığı haqda xəbərlər təkzib edilib.

Qeyd edək ki, təyyarədə 142 sərnişin və 11 ekipaj üzvü olub. Onlardan 66-sı Fransa vətəndaşıdır. İndiyədək 5 cəsəd tapılıb. Axtarış tədbirlərində Fransanın 2 hərbi gəmisi və 1 hərbi təyyarəsi, eləcə də Yəmən xilasediciləri iştirak edir. Qəzanın səbəbi müəyyənləşdirilməsə də, təyyarənin mürəkkəb hava şəraitində enməyə çalışarkən okeana düşdüyü güman olunur. Təyyarə ilk eniş cəhdində buna nail ola bilməyib və ikinci eniş cəhdində qəza baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR