Bank Of Baku

Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru seçiləcək

Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru seçiləcək
# 02 iyul 2009 08:06 (UTC +04:00)
Bakı-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu gün keçiriləcək növbədənkənar toplantısında qurumun direktoru postuna seçkilər keçiriləcək. APA-nın məlumatına görə, namizədlər sırasında Yukuya Amano (Yaponiya), Əbdülsəməd Minti (Cənubi Afrika Respublikası) və Luis Eççavarri (İspaniya) var. AEBA-nın Nizamnaməsinə görə, yeni direktorun namizədliyini İdarəetmə Şurasının üzvlərinin ən azı üçdə ikisi dəstəkləməlidir. Qeyd edək ki, Şuraya 35 ölkənin üzvləri daxildir. Ötən ay keçirilən ilk seçkilərdə namizədlərdən heç biri lazımi miqdarda səs toplaya bilməyib. Seçkilərdə Yukiya Amano 20, Əbdülsəməd Minti 11, Luis Eççavarri 4 səs qazanıb. Onlardan başqa Sloveniya və Belçika təmsilçiləri də namizədliklərini irəli sürsə də, ilkin seçkilərdən sonra seçkilərdə iştirak qərarından imtina ediblər. Nəzəri baxımdan İdarəetmə Şurası yeni baş direktorun namizədliyini 14-18 sentyabrda Vyanada keçiriləcək AEBA-nın Baş Konfransına təqdim etməlidir. Qeyd edək ki, AEBA-nın hazırkı baş direktoru Məhəmməd əl-Baradeyin səlahiyyətləri noyabrın 30-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR