Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının rəhbərliyində dəyişikliklər olub

Beynəlxalq Avropa Hərəkatının rəhbərliyində dəyişikliklər olub
# 02 iyul 2009 08:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Avropa Hərəkatının (BAH) rəhbərliyində dəyişikliklər olub. APA-nın məlumata görə, BAH-ın Çexiyanın paytaxtı Praqada keçirilən Federal Şurasının iclasında qurumun prezidenti və baş katibi vəzifəsinə seçkilər keçirilib. Açıq səsvermə nəticəsində BAH-ın vitse-prezidenti Çarlıs-Ferdinand Notomb təşkilatın prezidenti, Dioqo Pinto isə baş katibi seçilib.

Qeyd edək ki, 1936-cı ildə Brüsseldə doğulan Çarlıs-Ferdinand Notomb Belçika parlamentinin üzvü, Nümayəndələr Palatasının spikeri vəzifələrini tutub. O, həmçinin Belçikanın xarici işlər naziri, baş nazirin müavini və daxili işlər naziri postlarında da çalışıb. 2002-ci ildən isə BAH-ın vitse-prezidenti olub.

Dioqo Pinto isə Avropa Gənclər Forumunun baş katibi postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR